http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

“Qədim İrəvan: Hər daşı bir abidə” layihəsinin icrasına başlanıldı

11 İyul 2023 , 10:34
“Qədim İrəvan: Hər daşı bir abidə” layihəsinin icrasına başlanıldı

“Qədim İrəvan: Hər daşı bir abidə ” layihəsinin icrasına başlanıldı

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Elmi araşdırmalar” ictimai birliyi tərəfindən həyata keçirilən “Qədim İrəvan: Hər daşı bir abidə ” sənədli filminin (azərbaycan, rus və ingilis dillərində) hazırlanması layihəsi 1 iyul – 01 noyabr 2023-cü il tarixləri əhatə edən 4 (dörd) ay müddətində icra olunacaq. Layihə rəhbəri Telman Qasımovdur. 

Layihənin ideyası İrəvan şəhərinin tarixi abidələri, qədim küçələri, məhəllələri və qəbirstanlıqları barədə irəli sürülən faktlar, həmçinin bu şəhərdə yaşamış azərbaycanlıların və hazırda yaşayan ermənilərin səsləndirdikləri ifadələrin köməyi ilə İrəvan şəhərinin əzəli-tarixi Azərbaycan şəhəri olduğunu, eyni zamanda, İrəvanda azərbaycanlılara məxsus abidələrin məhv edildiyini yaxud saxtalaşdırıldığını sübut edərək bunun Ermənistan dövlətinin məqsədyönlü siyasəti olduğunu dünyaya göstərməkdir.

Bu layihəni həyata keçirməkdə əsas məqsəd İrəvan şəhərinin əzəli Azərbaycan şəhəri olduğu İrəvandakı abidələrin, küçələrin, məhəllələrin və qədim evlərin real tarixləri və tarixi sənədlər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaq, beynəlxalq rəydə tarixi ədalətə və Azərbaycanın milli maraqlarına uyğun olaraq İrəvan şəhəri və onun tarixi ilə bağlı həqiqətlərin yer almasına zəmin formalaşdırmaq, Ermənistan dövləti səviyyəsində İrəvan şəhərindəki tarixi abidələrin, küçələrin, evlərin, qəbirstanlıqların məqsədyönlü şəkildə dağıdıldığını, özününküləşdirildiyini yaxud özgəninkiləşdirildiyini sübut etmək, təqdim olunan faktların gənc nəsil tərəfindən mənimsənilməsini təmin etmək, yeni nəsildə qədim İrəvan şəhəri haqqında zəngin faktoloji bazanın formalaşmasına güclü təkan vermək, beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatlarını tutarlı və təkzibolunmaz materiallarla təmin etməkdir.

"Qədim İrəvan: hər daşı bir abidə" sənədli filmi azərbaycan, rus və ingilis dillərində hazırlanacaq.

Sənədli film hazır olduqdan sonra Azərbaycan cəmiyyətinin bütün təbəqələrində, eləcə də xarici ölkələrdə, həmçinin sosial şəbəkələrdə geniş təqdim və təbliğ olunacaq.

"Qədim İrəvan: hər daşı bir abidə" sənədli filmi Bakı şəhərində yerləşən iki ali təhsil müəssisəsində aparıcı KİV-lərin iştirakı ilə geniş ictimaiyyətə təqdim ediləcək. Filmin ingilis və rus dillərində olan versiyaları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin vasitəsilə Azərbaycan diaspor təşkilatlarının xəttilə xarici ölkələrdə yayımlanacaq.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Menyu