Menyu

Mülki Məcəllədə edilən dəyişiklik təsdiqlənib

Mülki Məcəllədə edilən dəyişiklik təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinin üçüncü cümləsi dördüncü cümlə hesab edilib və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər