http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

AMEA-nın bir sıra elmi müəssisələrində struktur islahatları aparılıb

13 İyul 2023 , 16:58
AMEA-nın bir sıra elmi müəssisələrində struktur islahatları aparılıb

AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın elmi müəssisə və təşkilatlarının yeniləşdirilmiş strukturunun və əməkdaşlarının say həddinin təsdiq edilməsi haqqında qərar qəbul edilib.

AMEA-dan "Operativ Media" bildirilib ki, sonra mövcud daxili imkanlar hesabına, əlavə maliyyə vəsaiti tələb olunmadan, müasir çağırışlara uyğun olaraq AMEA-nın bir sıra elmi müəssisələrində struktur dəyişiklikləri aparıldığı barədə məlumat verilib.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin strukturunda mövcud şöbələrin bazasında Tarix, Arxeologiya və Epiqrafika, habelə Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbələrinin yaradılması məqsədəuyğun hesab edilib.

Eyni zamanda, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Ümumi tarix şöbəsinin bazasında Dünya tarixi şöbəsinin yaradılması, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Çöl tədqiqatları sektorunun bazasında Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin yaradılması qərara alınıb. AMEA-nın Folklor, Əlyazmalar, Tarix, Arxeologiya, Etnoqrafiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, Dilçilik, eləcə də Memarlıq və İncəsənət institutlarında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.

O cümlədən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi biblioqrafik informasiya təminatı və oxuculara xidmət şöbəsinin ləğv edilməsi və bu qurumun bazasında Elmi xidmət şöbəsinin yaradılması, eləcə də Əlyazmalar İnstitutunda və Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarında daxili imkanlar hesabına Kitabxananın yaradılması haqqında qərar verilib.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu