"Azərbaycanda rektorların 10 ildən artıq işləməsi durğunluq yaradır"-Millət Vəkili

admin
"Azərbaycanda rektorların 10 ildən artıq işləməsi durğunluq yaradır"-Millət Vəkili

“Bu gün Azərbaycanda rektorların çoxu 10 ildən artıqdır işləyir. Bu artıq durğunluq yaradır”.

"Operativ Media"  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, qanun tətbiq edilməlidir: “32 ildir müstəqillik qazanmışıq, amma universitetlərimiz beynəlxalq reytinqlərdə yer almırlar. “Elm və Təhsil Naziliyi “Ali təhsil haqqında” qanunun qəbulunu tezləşdirməlidir. Bu qanunun qəbulu üçün maneələr var. Payız sessiyasında artıq bu qanun qəbul edilməlidir. Bizim milli təhsilimiz artıq inkişaf etməlidir”.

Digər xəbərlər