Menyu

Azərbaycanda 40 min manatlıq cərimə təsdiqləndi

Azərbaycanda 40 min manatlıq cərimə təsdiqləndi

Qaydanı pozan taksi operatorları 40 min manat cərimə ediləcək.

"Operativ Media" nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Qeyd edək ki, bu gün Milli Məclisin növbətənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər