Dərmanların içlik vərəqələri Azərbaycan dilində olmayacaq

admin
Dərmanların içlik vərəqələri Azərbaycan dilində olmayacaq

Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi aradan qaldırılır.

"Operativ Media" nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

“Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması təklif edilir. Türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul edilməsi təklif edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Digər xəbərlər