"Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri arasında görüş keçirilib.
"Operativmedia.az" xəbər verir ki, görüş zamanı Ukraynadakı vəziyyət, Çin və digər mövzular müzakirə edilib.
Dünyanın ən zəngin yeddi demokratik ölkəsinin xarici işlər nazirlərinin iki günlük görüşündən sonra birgə bəyannamə qəbul edilib.
G7 ölkələri Şərqi və Cənubi Çin dənizlərində yaranan vəziyyətdən ciddi şəkildə narahat olduqlarını bildiriblər. Yekun sənəddə üzv ölkələr Çini hədə-qorxu gəlməkdən və güc tətbiqindən çəkinməyə çağırıb. Ölkələr Tayvan boğazında sülh və sabitliyin vacibliyini bir daha vurğulayıblar: “Biz status-kvonu güc və ya zorla dəyişdirmək üçün hər hansı birtərəfli cəhdlərə qəti şəkildə qarşıyıq”.
Bununla yanaşı, qlobal sağlamlıq və iqlim problemlərini həll etmək üçün mümkün olduğu yerlərdə Çin ilə əməkdaşlıq etməyin zəruriliyi qeyd olunub.
Son xəbərlər
MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib - YENİLƏNİB-2
Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüş keçirib
Muxtar Babayev Aİ nümayəndəsi ilə iqlim fəaliyyətlərinin aktivləşdirilməsini müzakirə edib
Kaya Kallas: Bizsiz istənilən sülh sazişi iflasa uğrayacaq
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Rəsmi Moskva: Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur