http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Rayonlararası müntəzəm marşrutların əvvəl və son dayanacağı yalnız avtovağzallar olacaq

14 İyul 2023 , 12:12
Rayonlararası müntəzəm marşrutların əvvəl və son dayanacağı yalnız avtovağzallar olacaq

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının sifarişi sahəsində yeni prosedur müəyyənləşir.

"Operativ Media" nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Layihəyə görə, müsabiqədə iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) muəyyən etdiyi məbləğdə ödəniş ediləcək.

Eyni zamanda şəhərlərarası (rayonlararası) müntəzəm marşrutların şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır.

Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən elektron qaydada formalaşdırılacaq.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 12:39

    XİN: Suriya və İraqdan 8 nəfərin repatriasiyası həyata keçirilib
  • 12:12

    Ermənistan XİN: Rusiyada Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb
    Ermənistan XİN: Rusiyada Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb
  • 12:04

    Kamran Həbibov: Azərbaycan regional ticarət qovşağına çevrilməlidir
  • 12:03

    AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
  • 12:01

    Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Azərbaycanda cəzaçəkmə müəssisələrinə baş çəkib
  • 12:00

    Tərlan Məmmədhüseynov: "Konsert verməyim üçün ABŞ və Kanadadan təklif almışam" - MÜSAHİBƏ
  • 11:59

    Ağdaşda bələdiyyəyə ayrılmış pulu mənimsəməkdə təqsirləndirilənlərin şəxslərin məhkəmıəsi başlayır
  • 11:57

    Türkiyədə 4.5 maqnitudalı zəlzələ olub
Menyu