Menyu

Avtomobil nəqliyyatı parklarına dair yeni tələb müəyyənləşir

Avtomobil nəqliyyatı parklarına dair yeni tələb müəyyənləşir

Avtomobil nəqliyyatı parklarına dair yeni tələb müəyyənləşir.

"Operativ Media" nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtomobil nəqliyyatı parklarının yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Müvafiq yol-nəqliyyat, sosial, mədəni, ictimai-iaşə, inzibati mühəndis-kommunikasiya təminatı və digər bu kimi xidmətlərin kompleks qaydada təmin edilməsi məqsədilə avtomobil nəqliyyatı parkları yaradıla bilər.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər