Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda avtobusla mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Operativmedia.az" Türkiyə KİV-ə istinadən xəbər verir ki,hadisə zamanı ikisi ağır olmaqla 17 işçi yaralanıb.
Qəza yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib.
Yaralılara hadisə yerində ilk müdaxilə göstərildikdən sonra,Aliağa Dövlət Xəstəxanasına və Çiğli Dövlət Xəstəxanasına aparılıb.
Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.