Ukrayna Qara dənizdən atılan 2 Rusiya qanadlı raketini vurduğunu bildirib

admin
Ukrayna Qara dənizdən atılan 2 Rusiya qanadlı raketini vurduğunu bildirib

"Operativmedia.az" Ukraynanın Odessadakı “Cənub” Hərbi Hava Komandanlığına istinadən bildirir ki, Ukrayna qüvvələri cümə günü Rusiya qüvvələrinin Qara dənizdən atdığı iki “Kalibr” qanadlı raketini vurub.

Hərbi hava komandanlığı bir qanadlı raketin Xerson vilayəti üzərində, birinin isə Nikolayev vilayəti üzərində vurulduğunu bildirib.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların şərqdə Baxmut, Avdiivka və Novopavlivkaya hücum etdiyini bildirib.

Bundan əlavə, qərbdə Lvov vilayəti, şərqdə isə Xarkov, Dnepr və Zaporojjya bölgələri son sutka ərzində raket və top atəşinə məruz qalıb.

Digər xəbərlər