Saatlıda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - Video

admin
Saatlıda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - Video

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "Operativ Media" ya verilən xəbərə görə, Agentliyin müfəttişləri Saatlı rayonunun Mollavəzili kəndində yerləşən fərdi sahibkar Ağaquliyev Fikrət Əlibaba oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı maye qazdoldurma məntəqəsində istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazlarının, qoruyucu qurğuların yoxlanılmadığı və həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

 

Digər xəbərlər