http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qəbul imtahanlarında yüksək bal toplayanlar böyük vəzifələrdədir - Məleykə Abbaszadə

15 İyul 2023 , 11:38
Qəbul imtahanlarında yüksək bal toplayanlar böyük vəzifələrdədir - Məleykə Abbaszadə

20 il əvvəl qəbul imtahanlarında yüksək bal toplayan gənclər bu gün böyük vəzifələrdədir.

"Operativ Media" nın məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində söyləyib.

"Bu gün burada ən yüksək nəticə göstərən gənclər finala çatıb. Bu, qəbul imtahanlarında göstərdiyiniz yüksək nəticələrin göstəricisi, yüksəlişin bünövrəsidir. Bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunur. O, dahi insan idi.

Heydər Əliyev 2001-2002-cu illərdə qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərlə görüşmüşdü. Artıq 20 il ötüb və biz bu il o insanlarla təkrar görüşdük, müsahibə aldıq. Hər birinizə o müsahibələri izləməyi tövsiyə edirəm. Hər müsahibə bir təcrübə, həyat yoludur. Ulu Öndərin həmin görüşdə səsləndirdiyi fikirləri indi də aktualdır. O, daim Azərbaycan gəncliyi haqqında fikirləşirdi.

Bu gün həmin gənclər böyük vəzifələrdədir, öz sahələrində sözlərini deyən şəxsiyyətə çevriliblər.

Siz müstəqillik dövründə formalaşan mütəxəssisiniz. Prezident İlham Əliyev Ulu Öndərin yolunu davam etdirir və gənclər üçün bütün imkanlar ölkəmizdə mövcuddur. İstəmək və bacarmaq feillərini birləşdirən düstur əmək və bilikdir. Bu düsturu hər kəs özü yazır. O düsturu yazmaq üçün əsas açar bilik və elmdir. Hər birinizə uğurlar arzulayıram” , - DİM sədri deyib.

Qeyd edək ki, iyulun 16-dək davam edəcək final mərhələsində 109 namizəd iştirak edəcək.

Ümumilikdə Bakı üzrə 73, regionlar üzrə 36 iştirakçı final mərhələsinə keçib. Onlardan 87-si kişi, 22-si qadındır. Finalçılar arasında beynəlxalq, özəl və dövlət şirkətlərində, həmçinin QHT-də çalışan namizədlər yer alır. Finalçılar arasında 21-30 yaş arasında olan iştirakçılar üstünlük təşkil edir. Namizədlərdən 66-sı ötən illərin “Yüksəliş” müsabiqəsinin iştirakçılarıdır.

Final mərhələsinə keçid üçün 17 bal müəyyən edilib. İştirakçılar iki gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçıların 8 səriştəsi (strateji düşüncə, nəticələrə yönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq.

Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

OXŞAR XƏBƏRLƏR
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu