http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Xudayar Yusifzadənin anası oğlunun şəhadətə ucaldığı yeri ziyarət edib

15 İyul 2023 , 12:21
Xudayar Yusifzadənin anası oğlunun şəhadətə ucaldığı yeri ziyarət edib

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova oğlunun doğum günü ərəfəsində onun şəhid olduğu torpaqları ziyarət edib.

"Operativ Media" xəbər verir ki, övladının son nəfəsini verdiyi, sonuncu mahnısını oxuduğu Zəngilanı, Arazqırağı əraziləri gəzən ana bu torpaqların onun üçün müqəddəs olduğunu deyib.

“Zəngilan mənim üçün özəl yerdir. Çünki mənim övladım son nəfəsini burada verib. Mənfur düşmənin hücumu nəticəsində şəhid olub. Xudayar həmişə özünü hərbçi kimi görürdü”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadə 1998-ci il iyulun 15-i Bərdə şəhərində anadan olub. 2020-ci il oktyabrın 22-si Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu