Menyu

Son 6 ayda Bakıda nə qədər cinayət hadisəsi olub? Rəsmi

Son 6 ayda Bakıda nə qədər cinayət hadisəsi olub? Rəsmi

Bu ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8 552 cinayət hadisəsi qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, onların 88,5 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ilin birinci yarımilində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər