http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Kamazla avtoxuliqanlıq edən şəxs saxlanıb

19 İyul 2023 , 12:29
Kamazla avtoxuliqanlıq edən şəxs saxlanıb

İyulun 18-də saat 12 radələrində Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KamAZ” markalı avtomobil çəkisini müəyyən etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Operativ Media" xəbər verir ki, tərəziyə dəvət olunan sürücü polisin qanuni tələbinə tabe olmayaraq avtomobili hərəkətə gətirib, patrul avtomobillərinin “Saxla” işarəsinə də məhəl qoymayaraq onların, həmçinin manevr qaydalarını pozub avtoxuliqanlıq hərəkətlərini davam etdirərək digər nəqliyyat vasitələrinin sürücülərinə qarşı da real təhlükə yaradıb.
Görülən tədbirlərlə avtomobil dayandırılıb, bu zaman sürücü düşərək qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılıb.
Onun 37 yaşlı Balakən rayon sakini Asiman Əsgərov olması məlum olub və  Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu