http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan Ordusunda “Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib

19 İyul 2023 , 12:33
Azərbaycan Ordusunda “Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
"Operativ Media" xəbər verir ki, 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində keçirilən "Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib.
Mərasimlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
Kursları bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.
Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu