http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AzMİU tələbələrinin Türkiyədə iki həftəlik təcrübə proqramı başlayıb

19 İyul 2023 , 13:37
AzMİU tələbələrinin Türkiyədə iki həftəlik təcrübə proqramı başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İstanbul Su və Kanal İdarəsi (İSKİ) ilə uzun illərdir davam edən əməkdaşlığı çərçivəsində universitetin 19 tələbəsi Türkiyədə iki həftəlik təcrübə proqramına başlayıb.

"Operativ Media" xəbər verir ki, AzMİU-nun müəllimləri dosent Aqşin Kərimov və dossent Könül Şirinovanın rəhbərliyi ilə təşkil edilən təcrübə proqramının ilk günündə heyət İSKİ-nin baş direktoru professor Şafak Başa və qurumun rəhbər şəxsləri ilə görüşüb. Görüşdə iki qurum arasındakı aktiv əməkdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müzakirələr aparılıb.

Təcrübə proqramının təşkilinə görə İSKİ rəhbərliyinə AzMİU rektorunun təşəkkürünü çatdıran nümayəndə heyəti universitetlə tanışlıq məqsədilə İSKİ əməkdaşlarını AzMİU-ya səfərə dəvət edib.28 iyul tarixinədək davam edəcək təcrübə proqramında AzMİU-nun bakalavr səviyyəsi üzrə Meliorasiya mühəndisliyi, Kommunikasiya sistemləri mühəndisliyi, İnşaat mühəndisliyi, Ekologiya mühəndisliyi, magistr səviyyəsi üzrə isə Su təchizatı ixtisaslarında təhsil alan tələbələr iştirak edirlər.

Qeyd edək ki, tələbələr İSKİ-nin Su və çirkab suların texnologiyası, Su təmizləmə, Su inşaatı, Elektrik, Mexanika və Məmulatlar dairə müdürlüklərində İstanbul şəhərinin su təchizatı və çirkab suların təmizlənməsi, tullantıların emalı, enerji istehsalı ilə bağlı təcrübə ilə tanış olacaqlar. Eyni zamanda, proqram çərçivəsində onların tarixi su bəndləri, su təmizləmə təsisatları, inşaat meydançaları, mikrobioloji laboratoriyalar, Əyri Kəmər, Uzun Kəmər, Moğlova Kəməri, Sultan İkinci Mahmud və Validə Sultan bəndləri, Miniatürk, Panorama 1453, Yerebatan Sarnıcı kimi tarixi məkanları ziyarət etmələri də nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

XƏBƏR LENTİ
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
Menyu