ƏƏSMN hazırladığı hüquqi aktların sayını açıqladı
Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 217 normativ hüquqi akt layihəsi hazırlanıb.
Nazirlikdən "Operativ Media" ya verilən məlumata görə, yeni normativ hüquqi akt layihələri sosial islahatların həyata keçirilməsinə, sosial müdafiə sisteminin gücləndirilməsi və aktiv məşğulluq proqramlarının genişlənməsinə xidmət edir.
Bununla, həmçinin, əmək və məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində normativ hüquqi bazanın təkmilləşdirilməsi təmin olunur.
Ümumilikdə son beş ildə Nazirlik tərəfindən 2 min normativ-hüquqi akt layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net