Menyu

Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Bu barədə "Operativ Media" ya  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Mustafa Əhmədovun "VAZ" markalı avtomobil ilə toy karvanında sürücülük hüququ olmadan, yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratması məlum olub. Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əhmədov 18 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bundan başqa, keçirilən mütəmadi tədbirlərlə avtomobillərinə qanunsuz konstruksiya dəyişikliyi edən şəxslər barəsində də qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişiklik aradan qaldırılıqdıqdan sonra avtomobillərin istismarına icazə verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər