http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Laçının daha 79 sakini doğma yurda qayıtdı

22 İyul 2023 , 09:04
Laçının daha 79 sakini doğma yurda qayıtdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Operativ Media"  ya verilən məlumata görə, iyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə - 79 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Haкimiyyətinin rəsmiləri işitirak ediblər.

Bununla da Laçın şəhərində 133 ailə, yəni 503 nəfərin daimi məskunlaşması təmin edilib.

OXŞAR XƏBƏRLƏR
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu