Tanzaniyada turistləri daşıyan təyyarə qəzaya uğrayıb-YENİLƏNİB

admin
Tanzaniyada turistləri daşıyan təyyarə qəzaya uğrayıb-YENİLƏNİB

Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ölkənin baş naziri Qassım Madjaliva istinadən məlumat yayıb.

Yerli “Citizen” qəzeti regional hakimiyyət orqanlarına istinadən yazıb ki, xilasedicilər qəzadan sonra 26 nəfəri sudan çıxara biliblər. Ümumilikdə, təyyarədə 39 sərnişin olmaqla 43 nəfər olub.

***

14:02

Tanzaniyada turistləri daşıyan təyyarə Victoria gölünə düşüb.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə 53 nəfər olub. 

Digər xəbərlər