Çində məktəbin tavanının uçması nəticəsində 11 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Səlahiyyətlilər araşdırmaya başlayıb.
Hadisə Tsitsikar şəhərində baş verib. Ümumilikdə 15 nəfər dağıntılar altında qalıb, onlardan dördünü xilas etmək mümkün olub.