Menyu

Uollander Türkiyə və Polşaya səfərə başlayıb

Uollander Türkiyə və Polşaya səfərə başlayıb

ABŞ müadafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander Türkiyə və Polşadan olan həmkarları ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı məsləhətləşmələr aparacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Uollander Türkiyə və Polşaya səfərə başlayıb.

ABŞ müdafiə nazirinin köməkçisi Türkiyədə yüksək səviyyəli ikitərəfli komissiyanın işində iştirak edəcək.

O, Türkiyə hərbi idarəsinin nümayəndələri ilə regionda təhlükəsizlik məsələləri və müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcək.

Uollander Polşada hökumət rəsmiləri ilə Ukraynaya dəstək, müdafiə təchizatı və Avropada təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparacaq. O, Polşada yerləşdirilən ABŞ hərbçiləri ilə də görüşəcək.

 

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər