06 Noyabr 2022, 23:09
Kosovoda 300-dən çox serb polis istefa verib
Kosovoda 300-dən çox serb polis istefa verib şəkil
Kosovoda 300-dən çox serb polis istefa verib

Kosovo və Metohiyada 300-dən çox serb polis istefa verib. Onlar polis idarəsinə gələrək eyni vaxtda istefa verdiklərini bildiriblər.

"Operativ Media" xəbər verir ki, bundan sonra etirazçılar qısa müraciət yayaraq bəyan ediblər ki, "bu gündən etibarən vilayətin şimalındakı Kosovo polisində daha serb yoxdur”.

Xatırladaq ki, bir müddət öncə Kosovo və Metohiyadan olan serblər tanınmamış Kosovodakı bütün hakimiyyət qurumlarından çıxıblar. Vilayətdəki serblərin lideri Qoran Rakiç tanınmamış Kosovo hökumətindən çıxması ilə bağlı bəyanat verib. Bundan əlavə, serb deputatlar parlamenti tərk etdiklərini, daha sonra hakimlər, eləcə də bələdiyyə başçıları istefa verdiklərini elan ediblər.

Qeyd edək ki, Kosovo hakimiyyəti noyabrın 1-dən xəbərdarlıq edərək serblərə məxsus avtomobillərin qeydiyyat nişanlarını dəyişdirməyənləri cərimələmək qərarına gəlib. Bu qərar bölgədə gərgin vəziyyəti bir qədər də kənkinləşdirib.

Son xəbərlər
Vardanyan Azərbaycan diplomatlarına qarşı terror aktları planlaşdırmaqda ittiham edilir
Aİ müşahidə üzvləri Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi