San Marko meydanı su altında qaldı

Nərmin Qocamanlı
San Marko meydanı su altında qaldı

İtaliyanın Venesiya şəhərindəki məşhur San Marko meydanı su altında qalıb.

"Operativ Media" xəbər verir ki, buna səbəb aramsız yağan yağışlar olub.

Meydandakı restoranları və mağazaları da, su basıb. Bölgədə aramsız yağışların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ilin noyabrında intensiv yağışlar nəticəsində baş verən güclü daşqınlar şəhəri iflic etmiş, tarixi abidələr su altında qalmış və yüz milyonlarla avro ziyana səbəb olmuşdu.

 

 

Digər xəbərlər