http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

"İslahatlar taksi fəaliyyətində qiymətləri daha da bahalaşdıracaq"

24 İyul 2023 , 18:30
"İslahatlar taksi fəaliyyətində qiymətləri daha da bahalaşdıracaq"

"Biz əgər keyfiyyət istəyiriksə, yüksək səviyyəli xidmət istəyiriksə, müəyyən mənada qiymət artımı olacaq".

Bunu "Operativ Media"ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Ekspert taksi fəaliyyətindəki hal-hazırki vəziyyəti xaos, anarxiya, özbaşınalıq kimi qiymətləndirib:

"Cənab nazir müxtəlif taksi şirkətləri ilə də görüşdü, onlarla diskusiya apardı. Görünən odur ki, artıq bu sahədə ciddi addımların atılmasının vaxtı çatıb. Taksi fəaliyyəti hal-hazırda bir tək qiymətin sərfəli olduğuna görə qənaətbəxşdir. Digər istiqamətlərdən baxdıqda isə həm keyfiyyət baxımından, həm avtomobillərin sazlığı baxımından, həm də ki, taksi sürücülərin vətəndaşlarla münasibəti, onlarla qurduğu ünsiyyət baxımından çox mənfi rəylərin olduğunun şahidiyik. Bu mənada təcili şəkildə taksi fəaliyyətində olan bu mənfi xüsusiyyətlərin aradan qaldırılması üçün tədbirlərin görülməsi vacib amillərdəndir".

Yasin Mustafayevin sözlərinə görə, bu sahədə olan dəyişikliklər, islahatlar müəyyən qanunauyğunluqla həyata keçirilməlidir. Qiymət ucuzluğu isə şəhərdəki ümumi nəqliyyatdakı sıxlığa gətirib çıxarır:

"Yəni qiymət aşağı olduğuna görə hər kəs taksidən istifadə etməyə üstünlük verir. Bu da Bakı kimi böyük şəhərdə ictimai nəqliyyatdan istifadənin azalmasına və kiçik tutumlu avtomobillərin istifadəsinin çoxalmasına səbəb olur. Düşünün ki, bir avtobus 60-80 nəfərə qədər sərnişin daşıya bilir və bu 60-80 avtomobillə hər bir adam hərəkət edərsə, bu nə dərəcədə doğru olar? Şəhərdə necə acınacaqlı vəziyyətə səbəb olar? Bu real faktlardır. Ona görə də taksi fəaliyyətindəki islahatlar aparılarkən biz tərəfdarı deyilik ki, qiymət artımı olsun. Qiymət artımı müəyyən qədər olması vacib şərtlərdəndir. Çünki biz əgər keyfiyyət istəyiriksə, yüksək səviyyəli xidmət istəyiriksə, müəyyən mənada qiymət artımı olacaq".

Ekspertin fikrincə, bununla paralel ictimai nəqliyyatın fəaliyyətinin optimallaşdırılması vacib şərtlərdəndir: "Çünki avtobus zolaqlarının yaradılması, mövcud avtobus zolaqlarının işlək olmasına nəzarət, avtobusların tıxaca düşmədən hərəkət etməsi bu sahəyə insanların seçim etməsinə daha çox rəvac verəcəkdir. Bütün bu danışıqlarımızı ümumiləşdirsək qeyd edə bilərik ki, taksi fəaliyyətində ümumən islahatlar getdikcə qiymət artımı olacaqdır. Eyni zamanda da ictimai nəqliyyatın da fəaliyyətinin optimallaşdırılması ən vacib məsələlərdəndir".

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
Menyu