07 Noyabr 2022, 00:59
ABŞ Avropaya 16 min hərbçi göndərib
ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı bildirib ki, oktyabrın sonuna qədər Birləşmiş Ştatlar Avropaya 16 mindən çox hərbi qulluqçu, 63 mindən çox tank əleyhinə sistem, 84,1 min tondan çox hərbi texnika və avadanlıq göndərib.
"Operativ Media" xəbər verir ki, komandanlıq yanvarın 21-də Ukraynaya hərbi ləvazimatların çatdırılmasına başlayıb və tədarükü hələ də davam etdirir.
Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Avropa qitəsinə daşımaları fevralın 3-dən başlayıb. Bundan əlavə, ABŞ Avropaya 1 milyona yaxın artilleriya mərmisi göndərib.