27 İyul 2023, 14:22
Erməni blogerin “blokada” yalanı ifşa olunub
Erməni blogerin “blokada” yalanı ifşa olunub şəkil
Erməni blogerin “blokada” yalanı ifşa olunub

Sosial şəbəkə platformalarının erməni seqmenti və erməni KİV-i Xankəndinin "blokadası", "ərzaq və dərman qıtlığı" ilə bağlı məlumatlar yayırlar. 

"Operativ Media" "Faktyoxla Lab"a istinadən xəbər verir ki, bu cür saxta məlumat yayanlar sırasında Xankəndidə yaşayan bloger Marut Vanyan da var

Bloger Xankəndi apteklərindən birində boş vitrinləri çəkib və burada dərman "qıtlığı" yaşandığını bildirib. Lakin onun çəkdiyi vitrinin şüşəsinə düşən kölgələrdə iddiasının əsassız olduğu görünüb. Açıq-aydın görünür ki, vitrinin şüşəsində əks olunan üzbəüz vitrinlərdə kifayət qədər dərman preparatları var. 

Qeyd edək ki, buna bənzər ifşa daha öncə də qeydə alınıb. Bu ilin yanvar ayında erməni fəal Siranuş Sarqsyan Xankəndi mağazalarından birində boş vitrinlərin fotosunu yayaraq “ərzaq çatışmazlığı"na işarə etmişdi. Lakin mağazada boş vitrinlərin şüşəsində əks olunan mənzərə bu iddiaların əsassız olduğunu göstərib.

520186d2a21487a055308adee1b420511690385067.jpg

f9dba4570c9e9453b6ab2a733277348d1690384950.jpg

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib