28 İyul 2023, 12:22
Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edilib
Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edilib şəkil
Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edilib

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvləri dəyişib.

"Operativ Media" nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Komissiyada Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti qismində təmsil olunmuş Ramiz Mehdiyevi Akademiyanın hazırkı prezidenti İsa Həbibbəyli, mədəniyyət naziri kimi təmsil olunmuş Əbülfəs Qarayevi Adil Kərimli, səhiyyə naziri kimi təmsil olunmuş Oqtay Şirəliyevi Teymur Musayev, elm və təhsil naziri kimi təmsil olunmuş Ceyhun Bayramovu Emin Əmrullayev əvəzləyib.

O cümlədən Komissiyada İbrahim Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti deyil, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi təmsil olunacaq. Komissiyada Eldar Ömərov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru deyil, artıq Xalq rəssamı, Natiq Əliyev isə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru kimi təmsil olunacaq.

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib