http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 27 ° C

Modernizə edilmiş "Laçın" təyyarəsinin sınaq uçuşları keçirilib-Video

29 İyul 2023 , 13:10
Modernizə edilmiş "Laçın" təyyarəsinin sınaq uçuşları keçirilib-Video

Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Media"-ya verilən xəbərə görə, plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində "Türk Aviasiya və Kosmik Sənaye Şirkəti" (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.

"Laçın" layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML (modernizə edilmiş "Laçın") təyyarəsinin sınaq uçuşları keçirilib.

Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, İstanbulda “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi ("Laçın") müqaviləsinin imzalanma mərasimi” keçirilib.

OXŞAR XƏBƏRLƏR
Sahibə Qafarova VII çağırış Milli Məclisin sədri seçilib

Sahibə Qafarova VII çağırış Milli Məclisin sədri seçilib

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

XƏBƏR LENTİ
  • 15:15

    "Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı
  • 15:11

    Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir
  • 15:01

    Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin sədri vəzifəsindən azad edilib
  • 14:58

    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
  • 14:57

    Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • 14:56

    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
  • 14:56

    Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıb
  • 14:54

    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
Menyu