29 İyul 2023, 18:30
Azərbaycan cüdoçuları 9 medal qazandı

Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışlar keçirilib.
"Operativ Media" xəbər verir ki, Azərbaycan idmançıları ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.
İdmançılarımızdan Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Aslan Kotsoyev (90 kq) qızıl, Süleyman Şükürov (73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq), Məhəmməd Musayev (60 kq) və Cəsur İbadlı (66 kq) isə bürünc medal qazanıblar.