Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
"Operativ Media" xəbər verir ki, Zaqreb təmsilçisi II turda səfərdə "İstra" ilə qarşılaşıb. Görüş "Dinamo"nun qələbəsiylə başa çatıb - 3:0.
Mahir bu oyuna start heyətdə başlayıb. Forvard 6-cı dəqiqədə məhsuldar ötürmə, 57-də isə qolla fərqlənib. Bu, Emrelinin cari mövsümdə "Dinamo"da ilk qolu olub.
Zaqreb təmsilçisi 3 xalla çempionatda 4-cü sıradadır.






