Menyu

Musa Qurbanlı oynadı, komandası qalib gəldi

Əziz Əzizli
Musa Qurbanlı oynadı, komandası qalib gəldi
1 dəq oxu

Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında 18-ci tur oyununa çıxıb.

"Operativ Media"nın məlumatına görə, komanda səfərdə “Myelbyü” ilə qarşılaşıb. Görüş “Yurqorden”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvü də matçda iştirak edib. Musa ikinci hissə meydana daxil olub və sona qədər oyunda qalıb.

Qeyd edək ki, “Yurqorden” hazırda turnir cədvəlində 33 xalla 4-cüdür. “Myelbyü” isə 22 xalla (16 oyun) 8-ci pillədə qərarlaşır. 

Əlaqəli Xəbərlər