http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan güləşçiləri Polşada 9 medal qazandı

31 İyul 2023 , 06:44
Azərbaycan güləşçiləri Polşada 9 medal qazandı

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə beynəlxalq turnirə yekun vurulub.

"Operativ Media" xəbər verir ki, yarışın son günündə sərbəst güləş üzrə yığmanın 6 üzvü mübarizə aparıb və hamısı fəxri kürsüyə qalxıb.

61 kq

Əliabbas Rzazadə amerikalı Aaron Qaretlə (11:10) argentinalı Herman Almendraya (tuş) qalib gəlib. Ancaq üçüncü görüşdə hakimlərin mübahisəli qərarıyla ABŞ-ın digər təmsilçisi Austin Desantoya 3:4 hesabıyla məğlub olub. Gürcüstanlı Ramaz Turmanidzeni (4:0) üstələyən Əliabbas bürünc medala sahib çıxıb.

65 kq

Hacı Əliyev polşalı Kriştof Bienkovski (5:1) və gürcüstanlı Georgi Şoniyadan (4:1) güclü olsa da, amerikalı Maykl Alirezlə bacarmayıb – 0:8. Titullu pəhləvanımız israilli Coşua Finesilverə “tuş”la qalib gələrək turniri üçüncü pillədə başa vurub.

70 kq

Maqomed-Başir Xaniyev gürcüstanlı Sandro Sardanaşvili (11:0) və macarıtanlı Daniel Antal (10:2) üzərində inamlı qələbələr qazanaraq finala vəsiqə qazanıb. Həlledici görüşdə amerikalı Duqlas Veberə 2:6 hesabıyla məğlub olan Xaniyev gümüş medalla kifayətlənib.

74 kq

Turan Bayramov ilk 2 görüşdə yunanıstanlı Georgios Kuqiumtsidis (5:1) və polşalı Şimon Voytkovskiyə (tuş), Xadjimurad Qadjiyev isə gürcüstanlı Luka Çxitunidzeylə (8:1) isveçrəli Tobias Portmana (7:1) qalib gəlib. Üçüncü mərhələdə milli üzvləri bir-biriylə qarşılaşıb. Turan Xadjimurad üzərində inamlı qələbə qazanaraq (9:1) finala yüksəlib.

Digər səbətdə yer alan Cəbrayıl Qadjiyev bolqarıstanlı Ali Paşa Umarpaşayev (10:10), polşalı Kamil Ribiçki (9:0) və Bolqarıstanın digər təmsilçisi Ramazan Ramazanovu (5:4) məyus edərək adını finala yazdırıb.

Yunanıstanlı Georgios Kuqiumtsidis xalçaya çıxmadığı üçün Xadjimurad üçüncü yeri tutub. Azərbaycan finalı isə gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib. Cəbrayıla sonuncu xal prinsipinə əsasən (2:2) qalib gələn Turan Polşada çempion olub.

Beləliklə, güləşçilərimiz ənənəvi turniri 3 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, öncəki günlərdə Mariya Stadniklə (50 kq) Osman Nurmaqomedov (92 kq) qızı, Georgi Meşvildişvili (125 kq) isə gümüş medal qazanıb.

OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

"Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir

"Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir

Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

XƏBƏR LENTİ
  • 10:45

    Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
  • 10:42

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
Menyu