31 İyul 2023, 10:07
Erik Ten Haq "Yunayted" futbolçularına maraqlı qadağalar qoyub
Erik Ten Haq "Yunayted" futbolçularına maraqlı qadağalar qoyub şəkil
Erik Ten Haq "Yunayted" futbolçularına maraqlı qadağalar qoyub

ABŞ-da yeni mövsümə hazırlıqlarını davam etdirən "Mançester Yunayted"də Erik ten Haqın sərt qaydaları işə düşüb.

Komandada nizam-intizamı təmin etmək istəyən hollandiyalı menecer düşərgədə maraqlı qadağalar qoyub.

"Operativ Media" "The Sun"a istinadən xəbər verir ki, klub bir gecə əvvəldən oyunçular qrupuna geyinmə ilə bağlı e-poçt göndərir. Bu cür məktublarda corabların rənginə qədər detallar verilir.

Ten Haq həmçinin komandada barmaqarasi səndəlləri geyinməyi qadağan edib. Bundan əlavə komanda səhər yeməyini birlikdə yeməlidir.

Eyni zamanda, diqqəti cəmləşdirməyi və münasibət qurmağı təşviq etmək üçün nahar masasında və ya komanda iclaslarında mobil telefonlarına icazə verilmir.

 Digər tərəfdən, psixoloqlar və diyetoloqlar Amerikada komandanın yanındadırlar.

ABŞ-da düşərgə keçirən "Mançester Yunayted" indiyədək burada üç yoldaşlıq oyunu keçirib. “Arsenal”ı 2:0 hesabı ilə məğlub edən “Yunayted” “Reksem”ə 3:1, “Real Madrid”ə isə 2:0 hesabı ilə uduzub.

 Premyer Liqa nəhəngi bazar ertəsi axşam Dortmund Borussia ilə oynayaraq ABŞ düşərgəsini tamamlayacaq. “Yunayted” son yoldaşlıq görüşündə bazar günü (6 avqust) İrlandiyada “Atletik Bilbao” ilə qarşılaşacaq.

Son xəbərlər
Azərbaycan millisi (U-21) Şimali Makedoniya ilə heç-heçə etdi
Olaf Şolts hökuməti rəsmi olaraq istefa verib
DÇ-2026-ya daha bir komanda vəsiqə qazandı
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub