Transfer çalışmalarını davam etdirən "Fənərbağça" 24 yaşlı yerli sağ cinah müdafiəçisi Mert Müldür ilə razılığa gəldiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, klubdan verilən açıqlamada "Klubumuz İtaliyanın “Sassuolo” klubu və milli futbolçu Mert Müldürün transferi ilə bağlı razılığa gəlib” sözlərinə yer verilib.
Fabrizio Romanonun xəbərinə görə; "Fənərbağça" Mert Müldürü 3,5 milyon avro və bonus qarşılığında heyətinə qatıb. İstanbul təmsilçisi yerli sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayacaq.
24 yaşlı futbolçunun bu gün İstanbula gələrək tibbi müayinədən keçəcəyi, daha sonra isə müqavilə imzalayacağı gözlənilir.






