http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"Rakuv"un rəhbəri: "Bakıda 1 top üstünlüyümüzü qoruyub saxlamalıyıq"

31 İyul 2023 , 12:49
"Rakuv"un rəhbəri: "Bakıda 1 top üstünlüyümüzü qoruyub saxlamalıyıq"

Polşanın "Rakov" klubunun Müşahidə Şurasının rəhbəri Voytsex Tsıqan Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turunun Çeştoxovada “Qarabağ”a qarşı keçirdikləri ilk oyun (3:2), eləcə də cavab görüşündəki şansları haqda fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, "Dziennik Zachodni" portalına danışan klub rəhbəri Ağdam klubunun təhlükəli rəqib olduğunu bildirib. 

- "Rakov" Çempionlar Liqasının qrup mərhələsində oynamağa hazırdır?

- "Rakov" Çempionlar Liqasının seçmə mərhələlərində oynamağa hazırdır və ümid edirəm ki, onların payızda qrup mərhələsinə hazır olub-olmadığını görmək imkanımız yaranacaq. Çempionlar Liqasının bu səviyyəsinə çatmaq üçün hələ çox yolumuz var.

- Təsnifat mərhələlərində üç oyun keçirmisiniz və hər üçündə qalib gəlmisiniz. Deməli, sevinməyə əsas var...

- Təbii ki, bu üç qələbəyə görə sevinirik. Xüsusilə də sonuncu, çox çətin rəqib üzərində qazanılan dəyərli qələbəni qeyd edərdim. Cavab oyunu şübhəsiz ki, asan olmayacaq. Amma indidən uduzacağımızı düşünmürəm. İlk oyunda buraxdığımız səhvləri düzəltmək lazımdır. Biz Bakıya döyüşməyə gedirik, çünki avrokubokların qrup mərhələsinə düşməyi çox istəyirik.

- Artıq yolun yarısındasınız. “Qarabağ”la Çestoxovada keçirilən ilk oyunu necə dəyərləndirirsiniz, ondan sonra emosiyalar bir qədər səngiyib?

- Bu, əsl əhval-ruhiyyə palitrası idi. Vurduğumuz qolları qeyd edərdim. İkinci qol rəqibin səhvi ucbatından yarandı. Sonra bizdə nadir hallarda baş verən rahatlıq yaşandı, cəmi bir neçə dəqiqə ərzində üstünlüyü əldən verdik. Çox yaxşı əvəzetmələr etdik, xüsusən də Sonni Kittelin meydana daxil olması sonda bu görüşdə qalib gəlməyimizə şərait yaratdı. İndi isə Bakıya bir top üstünlüyü ilə yollanırıq ki, bu da bizi rəqibdən bir qədər yaxşı vəziyyətdə olmağa məcbur edir. Bu üstünlüyü qoruyub saxlamalıyıq.

- Azərbaycan çempionu ilk görüşdə sizi təəccübləndirdi?

- "Qarabağ" yüksək intensivliyi ilə heyran edə bilərdi. Bu komandanın zəiflədiyi və əvvəlki illərdəki kimi güclü olmadığı haqda fikirlər eşitmişdik. Amma Azərbaycan çempionu son kadr dəyişikliklərinə baxmayaraq, hələ də yaxşı koordinasiyalı, güclü komanda olaraq qalır. O, hər il avrokuboklarda çıxış edən çox təhlükəli rəqibdir.

- Bakıda keçiriləcək cavab oyunu yəqin ki, təkcə Azərbaycanın paytaxtındakı havanın istiliyinə görə çox qızğın keçməyəcək...

- Hava eynidir. Amma ilk oyundakı qələbəmizdən sonra yəqin ki, stadionda atmosfer hava çox isti olacaq. Bununla belə, əksər kubok yarışlarının xarakteri belədir.

OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

"Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir

"Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir

Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

XƏBƏR LENTİ
  • 13:10

    Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
  • 13:00

    “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib
  • 12:54

    Şənbə gününün hava proqnozu açıqlanıb
  • 12:51

    Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur
  • 12:47

    Türkiyə səfiri Azərbaycanı təbrik edib
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
Menyu