http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Sığorta sektorunda müstəqil ekspert fəaliyyəti üçün sahələr müəyyənləşəcək

31 İyul 2023 , 12:49
Sığorta sektorunda müstəqil ekspert fəaliyyəti üçün sahələr müəyyənləşəcək

Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

"Operativ Media" xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində Azərbaycan Mərkəzi Bankının (AMB) təklifi əsasında müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələri müəyyən edib, eləcə də müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələbləri, imtahanın keçirilmə qaydasını, müstəqil ekspert sertifikatının formasını və verilməsi qaydasını təsdiq edib dövlət başçısına məlumat verməlidir.

AMB isə aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir:

- Sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələblər;

- Azərbaycan ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə risklərin sığortaçılar tərəfindən xarici sığortaçılarda təkrarsığortalanmasına dair hədlər və tələblər;

- Sığortaçılar üçün korporativ idarəetmə standartları;

- Sığortaçıda Direktorlar Şurasının və İdarə Heyətinin sədri və üzvləri ilə müsahibə keçirilməsi qaydası;

- Məlumat forması;

- Sığorta ehtiyatlarının formalaşdırılması qaydaları və katastrofik risklərin meyarları;

- Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi qaydası;

- Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələblər;

- Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları;

OXŞAR XƏBƏRLƏR
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2

Sahibə Qafarova VII çağırış Milli Məclisin sədri seçilib

Sahibə Qafarova VII çağırış Milli Məclisin sədri seçilib

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu