Menyu

Murad Musayevin jurnalistlər qarşısına çıxacağı tarix açıqlandı

Əziz Əzizli
Murad Musayevin jurnalistlər qarşısına çıxacağı tarix açıqlandı

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində baş tutacaq “Sabah” – RFS qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib. 

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Sabah"ın oyundan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 2-də saat 17:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 17:50-də olacaq. 

Rəqib komandanın matçdan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 2-də saat 19:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 20:00-da keçiriləcək.

Hər iki mətbuat konfransı və açıq məşq “Bank Respublika Arena”da baş tutacaq.  

Qeyd edək ki, “Sabah” – RFS oyunu avqustun 3-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Bu komandalar arasında Latviyada baş tutmuş ilk qarşılaşma "Sabah" klubunun 2:0 hesablı qələbəsi ilə nəticələnib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər