Ana səhifə / Dünya / Livanda Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılıb Livanda Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılıb 08.11.2022, 20:12 Livanda Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılıb. "Operativ Media" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə Livanın şimalındakı Akkar vilayətində türkmənlərin yaşadığı qəsəbədə Şəhidlər abidəsi ucaldılıb. Abidənin açılış mərasiminə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları qatılıb.