"Sabah" klubunun Meksikanın "Kruz Azul" klubun argentinalı hücumçusu Auqusto Lotti ilə danışıqlar apardığını yazmışdıq.
Bu haqda "Operativ Media"ya açıqlama verən "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yeni futbolçu transferinin olub-olmayacağının bəlli olmadığını bildirib.
"Yay fasiləsində artıq 5 transfer həyata keçirilib. Rəhman Daşdəmirov, Jarl Marqarita, Sofian Çakla, Maruan Hadudi və Vinsent Tillin keçidi rəsmiləşdirilib. Yeni futbolçunun transferinin olub-olmayacağı hələ bəlli deyil. Hər hansı futbolçu ilə razılıq əldə olunsa, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək"
Qeyd edək ki, Meksika mətbuatı futbolçunun "Sabah"a transfer olmağa yaxın olduğunu yazıb.






