Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
"Operativ Media" xəbər verir ki, ilk gündə 6 qarşılaşma baş tutub.
Türkiyə nəhəngi “Fənərbaxça” Moldovada “Zimbru”nun qonağı olub. İlk matçda 5 cavabsız qol vuran İstanbul təmsilçisi səfərdə də 4:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. “Valmiera”, “Neman”, “Svift”, “Partizani” və “Struqa” da sərfəli nəticələrlə 3-cü təsnifat mərhələsinə yüksəliblər.
Bu mərhələnin qalan cavab görüşləri 2 və 3 avqustda keçiriləcək. Azərbaycan təmsilçiləri “Neftçi”, “Sabah” və “Qəbələ” də rəqibləri ilə cavab görüşlərinə avqustun 3-də çıxacaqlar.






