Mbappenin şəkli PSJ-nin saytından çıxarılıb

Əziz Əzizli
Mbappenin şəkli PSJ-nin saytından çıxarılıb

Fransa çempionu PSJ rəsmi saytının əsas fotolar olan bölməsindən Kilyan Mbappenin şəklini silib.

"Operativ Media" xəbər verir ki, 24 yaşlı fransız hücumçu Kilyan Mbappe ilkin şifahi razılığa əsasən, iyulun 31-dək olan müqaviləni bir il, 2025-ci ilə qədər uzatmalı idi.

Mbappe vədi yerinə yetirməkdən imtina edib. O, daha bir mövsümü PSJ-də keçirmək və gələn yay azad agent kimi "Real Madrid"ə keçmək istəyir.

PSJ Mbappeyə xəbərdarlıq edib. Əgər müqavilə yenilənməsə, o, komandadan uzaqlaşdırılacaq və növbəti mövsümün oyunlarında iştirak etməyəcək.

Səudiyyə Ərəbistanı klubları və İngiltərə "Liverpul"u Mbappeni 1 illik icarəyə götürmək istəsə də, futbolçu bu təklifləri qəbul etmir. PSJ "Real Madrid"dən rəsmi transfer təklifi almayıb.

Digər xəbərlər