http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Məğlubiyyətin Qurbanı

03 Avqust 2023 , 08:41
Məğlubiyyətin Qurbanı

Son Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandırdı. Polşanın "Rakuv" klubu ilə qarşılaşan "atlılar" iki oyunun nəticəsinə görə (3-2, 1-1) mərhələ adlaya bilmədi.

May be an image of 10 people, people playing soccer, people playing football and text

Polşadakı oyunda məğlubiyyətin səbəbkarı qapıçı Şahruddin Məhəmmədəliyev idisə, mərhələ keçə bilməməyin səbəbkarı illərdir səhv etməsinə baxmayaraq ona güvənən klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanovdur.

Ötən mövsüm Ş.Məhəmmədəliyevin sayəsində Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında mübarizəni dayandıran "Qarabağ" bu dəfə də eyni aqibəti yaşadı. Avropanın bir nömrəli turnirində mübarizə aparmaq istəyən klub bu səhvlərdən dərs çıxarmaq istəmədi.

Sol cinah müdafiəçisi Marko Veşoviçin zədələnərək 4 həftəlik sıradan çıxması da Qurban Qurbanovun planlarını pozan amilləridən biri idi. Monteneqrolu müdafiəçisinin əvəzləyicisinin olmaması və onun əvəzinə sol cinah müdafiəçisi Toral Bayramovun oynadılması anlaşılan deyildi. Polşadakı matçda iki qolun da Toralın cinahından gəlməsi bu seçimin səhv olduğunu açıq-aydın göstərmişdi. 

Ötən ilki heyətdən əksər futbolçuların komandadan ayrılması və onların yerinin gec doldurulmasının ağır nəticələrini Polşa çempionu azarkeşlərə və Ağdam təmsilçisinə göstərdi. 

No photo description available.

İlk oyundan sonra "Bakıda onlara xoş sürprizlər hazırlayacağıq" deyən klubun prezidenti Tahir Gözəlin rəqibə hansı sürprizi hazırladıqları azarkeşlərə hələ də sürpriz olaraq qalır.

May be an image of text

Oyundan əvvəl tabloda "Qarabağ" 5-0 "Rakov" yazısı Tahir Gözəl və komandasının yox, BOS-un texniki işçilərinin qələbəsi idi.

Klub mübarizəsini Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. "Qarabağ"ın rəqibi də məlumdur, Finlandiyanın "Helsinki" klubu. "Rakuv"la müqayisədə Finlandiya klubu daha münasib rəqibdir. Səhvlərdən nəticə çıxarıb qrup mərhələsinə kimi irəliləmək olar.

"Qarabağ" təkcə mənəvi yox, maddi cəhətdən də geriyə düşdü. "Atlılar" Çempionlar Liqasının qrupuna vəsiqə qazansaydı kassasına 15,640 milyon avro gəlir əlavə edəcəkdi. Avropa Liqasında bu 3,63 milyon avrodursa, Konfrans Liqasının qruplarına qalmaq 2,940 milyon avro qazanc gətirə bilər. Aradakı fərq çox böyükdür,  "Qarabağ"ın ötən illərdəki oyunu ilə, indiki oyunu kimi.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

XƏBƏR LENTİ
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
  • 15:12

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib
  • 15:11

    Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək
  • 14:57

    Portuqaliya meşə yanğınlarına görə milli matəm elan edib
  • 14:46

    Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
Menyu