Transfer çalışmalarını davam etdirən "Mançester Siti" heyətinə yeni futbolçu cəlb edir.
"Operativ Media" xəbər verir ki, "şəhərlilər" xorvatiyalı müdafiəçi Yosko Qvardiol transferini bitirib. 21 yaşlı müdafiəçi bu gün tibbi yoxlamadan keçəcək və daha sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, Qvardiol "Leypsiq" klubundan 90 milyon avro qarşılığında "Mançester Siti"yə transfer olur.






