04 Avqust 2023, 09:53
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artdı
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artdı şəkil
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artdı

"Sabah" və "Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsində qələbə qazanması Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

"Operativ Media" xəbər verir ki, hər iki komandanın zəfəri üçün ölkəmizin aktivinə 0,500 xal yazılıb. Azərbaycan hazırda 15 min 750 xalla 29-cu pillədədir.

28-ci 16 min 500 xalla Slovakiyadır. 30-cu pillədə isə 12 min 125 xalla Moldova qərarlaşıb.

"Sabah" RFŞ-ni (Latviya), "Neftçi" isə "Jelezniçar"ı (Bosniya və Herseqovina) məğlub edib. Komandalar müvafiq olaraq 2:1 və 2:0 hesablı qələbə qazanıb.

Son xəbərlər
Görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?
Böyük Dəbilqə: Azərbaycan turniri medalsız başa vurdu
Prezident: Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi böyük məmnunluq doğurur
Məhkəmə Əkrəm İmamoğlu barəsində həbs qərarı verib
İlham Əliyev Şahbaz Şərifi təbrik edib