Menyu

"Çelsi" yeni Tiaqo Silvasını Fransada tapdı

Əziz Əzizli
"Çelsi" yeni Tiaqo Silvasını Fransada tapdı

Transfer çalışmalarını davam etdirən "Çelsi" əfsanəvi futbolçusu Tiaqo Silvanın yerini 45 milyon avroluq futbolçu ilə doldurur.

"Operativ Media" xəbər verir ki, "Çelsi" "Monako"dan  Aksel Disasiyi transfer edərək baş məşqçi Maurisiyo Poçettinonun müdafiə xəttini gücləndirmək üçün planlı bir iş gördüyünü göstərdi.

"Çelsi"dən edilən açıqlamada “Aksel bir neçə mövsüm Fransada öz keyfiyyətini nümayiş etdirdi və bu, ona beynəlxalq arenada layiqli tanınmasını təmin etdi.O, karyerasında növbəti addımı atmağa hazırdır və bunun "Çelsi" olacağı üçün çox şadıq. Biz onu klubda salamlayırıq və yaxın günlərdə Maurisiyo Poçettino və onun yeni komanda yoldaşlarına qoşulmağı səbirsizliklə gözləyirik" deyə bildirib.

"Çelsi" Uesli Fofananın yaşıl meydanlardan uzaq qalmasına səbəb olan zədələnmədən sonra Disasiyi tranfer etdi.

"Mavilər" bu yay Sezar Azpilikueta və Kalidou Koulibali ilə də yollarını ayırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər