"Neftçi" prezidenti azarkeşlərə jest etdi
Əziz Əzizli
"Neftçi" klubunun prezidenti Fərrux Mahmudov azarkeşləri sevindirəcək hərəkət edib.
"Operativ Media" xəbər verir ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununun BOS-da keçiriləcəyi deyilsə də, "ağ-qaralar"ın yeni prezidenti Fərrux Mahmudov azarkeşlərin istəyini nəzərə alaraq oyunun 8-ci km ərazisində yerləşən stadionda keçiriləcəyini bildirib.
"Azarkeşlərin istəyini nəzərə alaraq, "Neftçi" - "Beşiktaş" oyunu doğma stadionumuzda yani 8-ci km Arenasında keçiriləcək.
Bir vacib məlumatı da çatdırım. Bu gündən etibarən arenamızın adı nə Bakcell Arena nə də ki, 8ci km Arena adlanacaq. Arenamızın adı "Neftçi Arena" oldu. Yaxın zamanda bütün fasad reklamları stadionda dəyişəcək. Xeyirli uğurlu olsun!!!"
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net