"Turan Tovuz" mövsümə qələbə ilə başladı

Əziz Əzizli
"Turan Tovuz" mövsümə qələbə ilə başladı

Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib. 

"Operativ Media" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Ötən mövsüm Divizionda çempion olan və elitaya vəsiqə qazanan "Araz-Naxçıvan" "Dalğa Arena"da "Turan Tovuz"u qəbul edub. Görüş qonaqların qələbəsi ilə başa çatıb. 

Turun digər oyunları 5 və 6 avqustda olacaq.

Azərbaycan Premyer Liqası

I tur

4 avqvust

Araz-Naxçıvan - Turan Tovuz - 0:3

Qollar: Martin Petkov, 52, 86, Otto Con, 67

Baş hakim: İnqilab Məmmədov

Digər xəbərlər